“Qara bazar” yoxa çıxacaq

Mərkəzi Bankın valyuta satışı zaman müəyyənləşdirilmiş 4 faizlik marjanı ləğv etməsi ilə "qara bazar” yoxa çıxacaq.


Bu fikirləri BakiPost.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, hazırda "qara bazar”da olan məzənnənin rəsmiləşməsi prosesi gedir: "Əslində marjanın olması "qara bazar”ın yaranmasında ciddi rol oynamışdı. Banklar əllərində olan valyuta ehtiyatlarını "qara bazar” vasitəsi ilə daha baha sataraq çox gəlir əldə etmək istəyirlər. "Qara bazar”ın yaranma səbəblərindən biri də bu idi. Əgər "qara bazar”da olan məzənnə rəsmi bankların rəsmi satış məzənnəsinə çevriləcəksə, bu zaman təbii ki, "qara bazar”getdikcə sıradan çıxacaq. Amma burada yeganə hal həcm məsələsidir. Banklar satışı tam həcmdə bərpa edəcəksə, ümumiyyətlə "qara bazar” ləğv olunacaq. Bununla da bu bazar sıradan çıxacaq. Yox əgər bankların dollar satışında hər hansı bir məhdudiyyətlər olacaqsa, həcmə görə yenidən "qara bazar”ın fəaliyyət göstərməsi ehtimalı yüksəkdir. Burada banklarda satılan məzənnədən daha yüksək məzənnə ilə çox böyük həcmdə valyuta satışları keçirilə bilər”.


 

Natiq Cəfərli bildirib ki, sadə vətəndaşın gündəlik ödənişlərini etmək, övladının xaricdəki ödəniş haqlarını ödəmək və ya xarici səfərlərə gedərkən əlində nağd dollar aparmaq kimi məqsədləri üçün artıq banklarda valyuta satışı həyata keçiriləcək.


İqtisadçı qeyd edib ki, bundan sonra xırda satışlar artıq "qara bazar” vasitəsi ilə olmayacaq: ""Qara bazar” indiki verilən qərardan sonra tam ləğv olunacaq. Əgər həcm də bərpa olunsa, istənilən qədər dollar verilsə və ya hər kəsə valyuta satmaq mümkün olsa, ümumiyyətlə "qara bazar” sıradan çıxacaq”.


 

Sevinc Yasinqızı

Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

26 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər