Qar uçqununa görə bağlanan Quba-Xınalıq yolundakı son vəziyyət

Qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.

BakiPost.az xəbər verir ki, qar uçqunu fevralın 17-si səhər saatlarında Quba-Xınalıq yolunun 37-ci kilometrliyində qeydə alınıb. Uçqun nəticəsində yola bir neçə metr hündürlüyündə qar tökülüb. Yolun bağlanması nəticəsində həmin istiqamətdə yerləşən 8 kəndlə nəqliyyat əlaqəsi kəsilmişdi.

"Azəravtoyol” ASC-nin yerli qurumunun əraziyə cəlb olunan işçi qüvvəsi və ağır texnikası günün ikinci yarısında yolu qardan təmizləməyə müvəffəq olub.

Hazırda avtomobillərin Xınalıq istiqamətində hərəkətində problem yoxdur. Bununla belə əraziyə yalnız qarlı havaya uyğun xüsusi nəqliyyat vasitələri ilə getmək tövsiyə edilir.
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

29 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər