Ru
14:35 / 20 Yanvar 2017

“Qanun”da “klassiklər”ə möhtəşəm davam!

1495
Qanun Nəşrlər Evində yeni kitab satışa göndərilib.


BakiPost.az xəbər verir ki, bu, Boris Pasternakın "Doktor Jivaqo” adlı kitabıdır. 


Hələ sağlığında XX əsr dünya ədəbiyyatının ən yaxşı şairlərindən biri hesab edilən Boris Pasternak ona dünya şöhrəti və Nobel mükafatı gətirən "Doktor Jivaqo” romanıyla həm də mahir bir nəsr ustası kimi tanınıb. XX əsrin birinci yarısında, Rusiya tarixinin kəskin ziddiyyətlər və təlatümlərlə dolu bir dövründə baş verən hadisələrin lirik-psixoloji səpkili bədii salnaməsi olan bu əsərdə cəmiyyətin müxtəlif zümrələrinə mənsub insanların taleləri, onların qarşılıqlı münasibətləri və üzləşdikləri faciələr dolğun, rəngarəng boyalarla təsvir edilib. 


"Doktor Jivaqo” aktuallığını bu gün də qoruyub saxlayan tarixi romandır, siyasi romandır, müharibə romanıdır, nəhayət, hər addımbaşı oxucunu öz sehrinə alan əsrarəngiz bir sevgi romanıdır.


Tərcüməsi Mehman Cavadoğluna  məxsusdur. 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər