Ru
13:35 / 30 May 2017

Qan Turalı “Kulis”dən getdi - Yerinə Şərif Ağayar təyinat aldı

3697
Yazıçı Tural Cəfərov (Qan Turalı) "APA Holding”ə daxil olan Kulis.az saytının baş redaktorluğu postundan gedib.


BakuPost.az-a daxil olan məlumata görə, onun işdən getməsinə səbəb jurnalistlər üçün tikilən binadan ev almaq üçün namizədliyi sürülənlər arasında adının olmamasıdır. Belə ki, bir neçə gün əvvəl redaksiyadaxili iclas keçirilib və "APA Holding”dən mənzilə namizəd şəxslərin adları təsdiqlənib. T. Cəfərov isə mənzilə haqqı çatdığını bildirib və adının çəkilməməsinə etiraz edib. Daha sonra isə redaksiyanı tərk edib.


Bu gün isə onun yerinə tanınmış yazıçı Şərif Ağayar təyin olunub.


Qeyd edək ki, ev məsələsi ilə bağlı  narazılıq bir müddət bundan əvvəl də "Bizim yol” qəzetinin redaksiyasında yaşanmışdı.

 

BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər