Ru
11:20 / 18 Yanvar 2017

““Qafqaz”ın bazasında yeni yaradılmış universitet fəaliyyət göstərəcək” - Ekspert

2233

"Prezident İlham Əliyev Bakı Mühəndislik
Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. Ola bilsin ki, Bakı
Mühəndislik Universiteti Qafqaz Universitetinin bazasında formalaşsın”.

Bu sözləri BakiPost.az-a açıqlamasında təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Onun sözlərinə görə, Qafqaz Universitetində yalnız təbiət və texniki ixtisas üzrə təhsil alan tələbələr qalacaq: "Qafqaz Universiteti
istisna olmaqla, universitetlərin bağlanması oradakı təhsilin keyfiyyəti və
akkreditasiya müddətinin bitməsi ilə bağlıdır. Amma Qafqaz Universiteti fərqli
şəkildə bağlanır. Universitetdə təbiət və texniki ixtisaslar üzrə təhsil alan tələbələr qalacaq.
Digər ixtisaslar üzrə təhsil alan tələbələr isə başqa ali məktəblərə köçürüləcək.


Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Mühəndislik
Universiteti yaradılıb. Bu universitet ola bilsin ki, "Qafqaz”ın bazasında
formalaşsın. Bunun olması mümkündür. Amma belə olan təqdirdə qeyri-ixtisasların
orada qalması mümkün deyil. "Qafqaz”ın digər bağlanan universitetlərdən fərqi
ondan ibarətdir ki, bu ali məktəbə tələbələr çox yüksək balla daxil olub. Həmin
tələbələr topladıqları ballara uyğun digər dövlət ali məktəblərinə köçürüləcəklər”.


Etibar Əliyev bildirib ki, təhsilin keyfiyyəti tələblərə
və standartlara cavab vermədiyi halda ali məktəblərin fəaliyyətinə xitam verilməlidir: 
"Mən bunun tərəfdarıyam. Çünki keyfiyyətsiz mütəxəssis hazırlamaq artıq cəmiyyətin
tələblərinə cavab vermir”.


Təhsil eksperti qeyd edib ki, Kooperasiya
Universitetinin fəaliyyətinin dayandırılması istiqamətində də işlər aparılmalıdır: 
"Bu universitetdə çoxlu neqativ hallar mövcuddur. Təhsilin keyfiyyəti çox aşağı
səviyyədədir. Ona görə aidiyyəti qurumlar bu barədə də düşünsələr, yaxşı olar”.


Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər