Ru
12:19 / 18 Yanvar 2017

Qafqaz Unversitetinin taleyi həll olunacaq - Xüsusi iclas

1106

"Qafqaz Universitetin taleyi ilə bağlı yaxın
vaxtlarda xüsusi iclas keçiriləcək”.

Bu barədə BakiPost.az-a universitetin mətbuat xidmətinin
rəhbəri Rəcəb Rza məlumat verib.


Onun sözlərinə görə, iclasdan sonra həm tələbələrin,
həm də universitetin taleyinə aydınlıq gətiriləcək: "Hazırda hər birimiz Qafqaz
Universitetinin "Təsisçilər Şurası”nın qərarını gözləyirik. Onlar nə qərar versə,
elə də olacaq. Ola bilsin ki, universitet ya dövlət, ya da özəl universitet
olsun. Ola bilsin ki, universitet tamamilə ləğv olunsun. Hazırda hər birimiz veriləcək
qərarı gözləyirik. Yaxın müddətdə bu qərar veriləcək”.

Rəcəb Rza bildirib ki, tələbələrin diplomlarının
tanınmaması ilə bağlı qərar Türkiyə tərəfindən verilib.

Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki,
universitetə daxil olan tələbələrin hamısı ballarına uyğun olaraq ali məktəblərə
köçürülə bilər.

Qeyd edək ki, "Vergilər" qəzetinin xüsusi
buraxılışında yerləşdirilən elana əsasən Qafqaz Universiteti təsisçinin qərarı
ilə könüllü şəkildə ləğv olunur.


Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər