Ru
12:39 / 18 Yanvar 2017

Qafqaz Universitetindən bəyanat - “Əsassızdır”

1513

Qafqaz Universiteti bəyanat
yayıb.

Universitetin mətbuat xidmətindən BakiPost.az-a
daxil olan bəyanatda bildirilir ki, Qafqaz Universiteti, təsisçisi Azərbaycan
Beynəlxalq Təhsil Kompleksinin qərarı əsasında ləğv edilir: "Təsisçi tərəfindən
təşkil edilən Ləğvetmə Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə
uyğun proses idarə edilir və bu çərçivədə 18 yanvar 2017-ci il tarixində rəsmi
qəzetdə elan verilib.


Qafqaz Universitetində hazırda tədris fəaliyyətləri
fasiləsiz davam etdirilir, qış imtahan sessiyasının gedişində heç bir problem
yoxdur.

Məlumat üçün bildiririk ki, tələbələrimizin təhsil
hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından
heç bir problem yaranmayacaq.

Qafqaz Universitetində təhsil alan tələbələrin böyük
əksəriyyəti yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələrdir və bu
tələbələrimizin və valideynlərinin narahatlığına heç bir səbəb yoxdur.

Ləğv edilən Qafqaz Universiteti haqqında tərəfimizdən
verilən bu məlumat xaricində heç bir rəsmi qaynağa istinad etməyən məlumatlar əsassızdır
və etibar edilməməlidir".

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər