Qadınlarla bağlı ilginc hesabat - Ər təcavüzündən şikayət edənlərin sayı artıb

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi 2017-ci ilin ilk 6 ayı ilə bağlı hesabat açıqlayıb.

BakuPost.az xəbər verir ki,(yanvar-iyun aylarında QHT-yə 220 müraciət daxil olub.
 
Bakı üzrə:

Qaradağ rayonu- 4 nəfər
Suraxanı rayonu-6 nəfər
Sabunçu rayonu– 5 nəfər
Binəqədi rayonu- 21 nəfər
Xəzər rayonu-6 nəfər
Nəsimi rayonu- 6 nəfər
Yasamal rayonu -6 nəfər
Nərimanov rayonu- 2 nəfər
Səbail rayonu- 2nəfər
Nizami rayonu- 2 nəfər
Xətai rayonu-3 nəfər
Pirallahı rayonu- 2 nəfər

Cəmi: 65 nəfər

Abşeron rayon- 4 nəfər
Xırdalan- 2 nəfər

Cəmi: 6 nəfər

Sumqayıt - 10 nəfər

Bölgələr üzrə:

Şamaxı -1 nəfər
Cəbrayıl - 2 nəfər
Yevlax – 2nəfər
Gəncə– 9 nəfər
Beyləqan – 2 nəfər
Sabirabad- 3 nəfər
Tər-tər -1 nəfər
Masallı – 6 nəfər
Xaçmaz -10 nəfər
Zərdab - 1 nəfər
Ağsu -1 nəfər
Saatlı - 2 nəfər
Hacıqabul -1 nəfər
Laçın -1 nəfər
Şirvan şəhəri- 4 nəfər
Qax – 2 nəfər
Lənkəran– 6 nəfər
Lerik -1 nəfər
Astara - 2 nəfər
Daşkəsən - 4 nəfər
Ağdaş - 2 nəfər
Quba – 4 nəfər
Qusar -1 nəfər
Balakən– 2 nəfər
Şəki - 2 nəfər
Ağdam – 4 nəfər
Qəbələ -1 nəfər
Şəmkir–3 nəfər
İmişli -1 nəfər
Bərdə– 5 nəfər
Yardımlı- 3 nəfər
Şabran-1 nəfər
Mingəçevir – 4 nəfər
Tərtər -1 nəfər
Ağcabədi -1 nəfər
Biləsuvar -1 nəfər
Göygöl -2 nəfər
Tovuz -1 nəfər
Salyan – 2 nəfər
Goranboy -1 nəfər
Ağsu -1 nəfər
Cəlilabad -1 nəfər
Gədəbəy -1 nəfər
Naxçıvan- 1 nəfər

Ölkədən xaric:

Qırğızıstan- 1 nəfər
Gürcüstan- 2 nəfər
Özbəkistan- 2 nəfər
26 nəfər dəqiq ünvan göstərməyib.
 
Təhlillər göstərir ki, ölkənin əksər rayon və şəhərlərindən müraciətlər var. Lakin bölgələr üzrə rəqəmləri araşdırdıqda bəzi rayonlardan müraciətlərin az, digərlərindən isə daha çox olduğu görünür. Bakı üzrə müraciətlərin sayına görə Binəqədi rayonu üstünlük təşkil edir. Bu rayondan 2017-ci ilin ilk 6 ayı ərzində müraciətlərin sayı 21 olub. Bunu isə bir sıra faktorlarla izah etmək olar. Belə ki, rayonda əhali sayının digər rayonlara nisbətən daha çox olması, sığınacağın bu rayon ərazisində yerləşməsi, polis- QHT əməkdaşlığının yüksək səviyyəsi, eləcə də maarifləndirmə nəticəsində problemə yanaşmadakı fərqlilik bu rayondan müraciətlərin sayının artmasını şərtləndirir. 

Məcburi köçkün rayonlarından müraciətlərin sayının azlığı da xüsusi qeyd edilməlidir. (Cəbrayıldan 2, Laçından 1 nəfər müraciət edib) Bu isə həmin rayonların qadın sakinlərinin nisbətən daha az problemlərlə qarşılaşdığı düşüncəsi yaratmaqla yanaşı, onların məlumatlılıq səviyyəsinin azlığı, sterotiplərə bağlılıq kimi səbəblərlə də izah oluna bilər. Bölgələr arasında müraciət sayına görə ilk üçlükdə Xaşmaz (10), Gəncə (9), Lənkəran (6) dayanır.

Təşkilata xarici ölkə vətəndaşlarından da müraciət daxil olur ki, 6 ayda bu müraciətlərin sayı 5 olub. Müraciətlər daha çox hüquqi yardım, sənədlərdə yaranan problemlər, ailədaxili zorakılqıla bağlıdır.

2. Müraciət edənlərin ailə vəziyyəti:

Rəsmi nikah- 71 nəfər
Qeyri-rəsmi nikah-52 nəfər
Subay- 44 nəfər
Boşanmış-- 25 nəfər
Dul- 14 nəfər
14 nəfər alə vəziyyəti bildirməyib.

Cəmi 220 nəfər.

Bunlardan erkən nikah: 14 nəfər

Bu bölmədə ən diqqətçəkən məqam qeyri-rəsmi nikahların sayının çox olmasıdır (52 nəfər). Bu isə son illər ölkədə daha çox müşahidə edilən və narahatlıq yaradan nikahdankənar uşaqlar məsələsini də aktuallaşdırır. Bu qəbildən olan müraciətçilər əsasən ailədəxili zorakılığa məruz qaldıqlarını bildirirlər ki, qeyri-rəsmi nikah statusu ailələrin bu vəziyyətlə üzləşən qızlarının problemlərinə müəyyən qədər biganə yanaşmasına təkan verir. Müraciət edənlərin 14 nəfəri erkən nikahda olub ki, bu da ölkədə hələ bu problemin qaldığına işarədir. 

3. Uşaq sayı:

1 uşaqlı– 53 nəfər
2 uşaqlı- 68 nəfər
3 uşaqlı- 32 nəfər
4 uşaqlı- 9 nəfər
5 uşaqlı– 4 nəfər
6 uşaqlı- 4 nəfər
10 uşaqlı (Qırğzıstan) – 1 nəfər

Bu bölmədəki statistik məlumatların təhlili göstərir ki, ölkədə uzun illərdən bəri ənənə halını alan 2 uşaqlı ailələr daha çoxdur. Bununla belə 5 və hətta 6 uşaqlı ailələrə də rast gəlinir ki, bu ailələrdən də qadınların müraciəti əsasən sosial problemlər, həyat yoldaşının ailəni saxlamaması, zorakılıq və hətta övladların öz valideyninə qarşı təzyiqləri ilə bağlı olur. Belə nümunələrdən birində çoxuşaqlı ana heç bir övladının ona sahib çıxmadığını və küçədə gecələməyə məcbur qaldığını bildirib. 

4. Xidmətin növü:

1. Hüquqi + psixoloji+ tibbi yardım - 139 nəfər
2. Tibbi +psixoloji + sosial yardım- 67 nəfər
3. Sosial məsələlərlə bağlı yardım – 4 nəfər
4. Digər- 10 nəfər

Cəmi: 220 nəfər

Müraciətlərin böyük əksəriyyəti (139 nəfər) qarşılaşdıqları problemlərlə bağlı həm hüququ, həm psixoloji, həm də tibbi yardım almaqla bağlı olub. Məhkəmələrdə təmsilçilik, sənədlərin düzəldilməsi, əmlak bölgüsü kimi məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib. Sosial problemlərin həlli üçün müraciətlər də qeydə alınıb ki, təşkilat həmin şəxsləri əlaqədar qurumlara istiqamətləndirib. Diqqətçəkən məqamlardan biri də müraciət edənlər arasında psixoloji yardım almaq arzusunu bəyan edənlərin çoxluğudur. Bir neçə il əvvəllə müqayisədə psixoloqa müraciətlə bağlı stereotiplərin aradan tədricən qalxması problemlərin həlli imkanlarını artırır. Zorakılığa məruz qalanlar arasında evdən qaçma hallarının da artmaqda olduğunu söyləmək mümkündür. Xüsusilə yeniyetmə qızlar arasında ailədə gördüyü qeyri-insani davranış səbəbilə evdən qaçdığını bildirənlər var. Bu hallar ciddi və hərtərəfli araşdırmalardan sonra hesabata daxil edilir. 

5. Müraciətlərin növü:

1. Zorakılıq-95 nəfər
2.Təcavüz və insan alveri- 20 nəfər
3. Alimentin verilməməsi- 8 nəfər
5. Digər- 97 nəfər

Cəmi 220 nəfər

Bu bölmə üzrə müraciətlərin təhlili maraqlı məqamları üzə çıxarır. Müraciətçilərlə aparılan söhbətlər və onlar tərəfindən təqdim edilən məlumatların araşdırılması göstərir ki, ailədaxili zorakılıq hələ də təşkilata müraciətlərin əsas səbəbi olaraq qalır. Həyat yoldaşı, qeyri-rəsmi nikahda yaşadığı şəxs, yaxud valideynləri tərəfindən zorakılıq gördüyünü bildirən qadınlarla aparılan söhbətlər motivin bir çox halda eyni olduğunu ortaya qoyur. Ailənin maddi təminatının olmaması, qadınların ikinci və yanlış seçimi bu sırada ilklərdəndir. Bölmənin ən diqqətçəkən məlumatlarından biri də təcavüzlə bağlı müraciətlərin olmasıdır ki, bu sahə Azərbaycan qadını üçün xeyli qapalı və tabu hesab edildiyindən mövzu barəsində danımaq nadir görünür. İndiki halda 6 ayda azı 3 nəfərin ailədə cinsi zorakılığa məruz qaldığını bildirməsi (rəsmi və qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən) mövzunun qadağalar siyahısından tədricən çıxmağa meylli olduğunu göstərir. Müzakirələr göstərir ki, zorakılığa məruz qalan digər qadınlar arasında da cinsi zorakılıq qurbanları var, lakin onlar bu barədə danışmağı məqbul hesab etmirlər. O cümlədən boşanmaların səbəbləri arasında cinsi uyumsuzluq olduğu halda, hər iki tərəf bunu daha çox "xasiyyətlərin uyğun gəlməməsi” qrafasında qeyd edir. Müraciətlərin təhlili insan alveri ilə bağlı ölkədə aparılan davamlı və məqsədyönlü tədbirlərin nəticəsini verdiyini də söyləməyə əsas verir. Rəsmi və qeyri-rəsmi nikahda yaşayan ailələrdə boşanma və ya ayrılma zamanı ata tərəfindən alimentin ödənilməməsi də problem olaraq qalır (8 müraciət). Bu istiqamətdəki müraciətlərdə nikahını davam etdirdiyi və boşanmaq niyyətinin olmadığı həyat yoldaşından övladlarına baxmadığına görə rəsmən aliment tələbi də qeydə alınıb. Bu isə qadınların öz hüquqları və mövcud qanunvericiliklə bağlı məlumatlılıq səviyyəsinin əvvəlki illərə nisbətən artdığını göstərir. 

6. NƏTİCƏ

1. Sığınacağa yerləşdirmə- 125 nəfər
2. Hüquqşünas tövsiyyəsi –36 nəfərə
3. Müvafiq dövlət qurumlarına istiqamətləndirmə- - 6 nəfər
4. Göndəriş verildi– 23 nəfər
5. Psixoloji yardım– 17 nəfər
6. Digər 13 nəfər

Cəmi- 220 nəfər

Ümumilikdə, "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinə müraciət edənlərdən böyük əksəriyyəti (125 nəfər) öz istəklərinə müvafiq olaraq təşkilatın sığınacağına yerləşdirilib. Sığınacağa yerləşdirilən şəxslərlə bağlı bütün prosedur qaydalarına ciddi əməl olunub, onlar psixoloji, hüquqi yardımla təmin edilib, daha sonrakı mərhələlərdə işlə təminat həllini tapıb. Tibbi problemlərin həlli üçün 23 nəfərə göndəriş verilib ki, bu məsələdə Kliniki Tibbi Mərkəzin rəhbərliyi və kollektivinə göstərdikləri diqqətə görə təşəkkür etməyi borc bilirik. 

BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

22 İyul 2017
Bütün xəbərlər
Bütün xəbərlər