Qadın sərnişin avtobusda sürücünü yumruqladı - VİDEO

1165
Bu gün səhər saatlarında 79 saylı marşrut üzrə hərəkət edən avtobus Tbilisi prospekti ilə metronun "20 yanvar" stansiyası istiqamətində işıqforun qırmızı işığında dayanıb.

BakuPost-un Lent.az-a istinadən məlumatına görə, bu zaman iki sərnişin sürücüdən avtobusu hərəkətə gətirərək yola davam etməsini tələb edib. Sürücü isə yaşıl işığın yanmasını gözlədiyini deyib. Sürücünün sözü ilə razılaşmayan qadın sərnişin arxadan gələrək sürücünü küçə söyüşləri ilə təhqir edərək, ona yumruq zərbəsi endirib.

Təhqir və hücumlara reaksiya verməyən sürücü vətəndaşı qanunlara riayət etməyə dəvət edir. Sürücünün bildirdiyinə görə, həmin şəxslər marşrutun son dayanacağına gələrək mübahisəni davam etdiriblər və dava-dalaş salmağa çalışıblar. 79 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Xaliq Faiqoğlu" şirkətindən bildirilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər