Ru
11:59 / 19 Avqust 2017

Gömrükdə 5200 siqaret müsadirə edildi- FOTO

833
Azərbaycan gömrükçüləri ölkəyə qaçaqmal yolu ilə keçirilən külli miqdarda siqaret aşkarlayıb.


Dövlət Gömrük Komitəsindən BakuPost.az-a bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.


Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən və aksiz markası olmayan 5200 ədəd "Winston" markalı siqaretlər aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər