Ru
23:46 / 22 Fevral 2018

Putin müdafiə nazirləri ilə şampan içdi - FOTO

2762
Rusiya prezidenti Vladimir Putin Kreml sarayında Vətən Müdafiəçiləri Günü münasibətilə 23 fevralda keçiriləcək konsert proqramına dəvət olunan Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın Müdafiə Nazirliklərinin rəhbər şəxsləri ilə görüşüb.


BakuPost xəbər verir ki, bu barədə Kreml sarayının rəsmi saytı məlumat yayıb.


Putin görüş zamanı ölkələr arasında hərbi sahədə olan qarşılıqlı etimadın dəyərindən danışıb:


"Sizin, bir paqon gəzdirən insan kimi, silahlara, orduya, dövlətin bütün güc komponentlərinə xüsusi münasibətiniz var. Siz buna nə dərəcədə diqqətli yanaşmalı olduğunuzu və hərbi iş kimi həssas sahədə etimadın necə yüksək qiymətləndirildiyini hamıdan yaxşı bilirsiniz. 23 fevralı silahlı qüvvələrin inkişafı ilə əlaqəli olan tarixi gün sayanları ikiqat təbrik edirəm. Hamınıza, hərbçilərinizə, xalqlarınıza ən xoş arzularımı diləyirəm. Sizlərə öz dövlətinizin təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıram".


Putin nazir və nazir müavinlərinə dövlət təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıb. O əlavə edib ki, müdafiə naziri Sergey Şoyqu qonaqları müdafiə və xüsusi hallar üçün yaradılan Milli Mərkəzlə tanış edəcək.


"Ümid edirəm ki, Moskvada Rusiya Müdafiə Nazirliyinin işi ilə tanış olmaq üçün vaxtınız olacaq. Biz müasir Milli Müdafiə Mərkəzi qurmuşuq. Ümid edirəm ki, bu təcrübə sizin ölkələrinizdə də istifadə oluna bilər".


Daha sonra Rusiya prezidenti rəsmilərlə şampan şərabı içərək səmimi söhbət edib.

 


Tədbirdə Azərbaycanı  müdafiə nazirinin müavini Kərim Vəliyev təmsil edir. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər