Ru
23:48 / 16 Fevral 2018

“Protiv” sürüb yolda dava salan qadın cəzalandırıldı - 100 manat…

4945
Bakıda əks yola çıxaraq avtomobillərin hərəkətini iflic edən qadın sürücünün cəzası məlum olub.


BakuPost-un məlumatına görə, 99 LM 404 dövlət nömrə nişanlı avtomobilin sürücü Həsənova Nəsibə Aslan qızı barəsində inzibati cəza tətbiq edilib. O, 100 manat məbləğində cərimə edilib və 4 cərimə balı tətbiq olunub.


Xatırladaq ki, fevralın 14-də paytaxtın Hüseynbala Əliyev küçəsində ("Yeganə” şadlıq sarayının yanında) qoşa xəttin tələbini pozaraq axına qarşı hərəkət edən 99-LM-404 qeydiyyat nişanlı avtomobilin xanım sürücüsü qarşı zolağa çıxaraq əks tərəfdən gələn nəqliyyat vasitələrinin hərəkətini iflic edib. Bu anlar həmin istiqamətdə hərəkət edən avtomobildəki kameraya düşüb. Bu avtomobilin sürücüsü etiraz etsə də qadın sürücü buna məhəl qoymayıb. O, səhvinə görə üzrhaqlıq etməkdənsə digər sürücünün üstünə qışqırıb. 


Nəticədə yolun həmin istiqamətində də tıxac yaranıb. Problem yalnız yol polislərinin gəlməsi ilə həllini tapıb və yol açılıb.


“Protiv” sürüb yolda dava salan qadın cəzalandırıldı -  100 manat…
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər