İstintaq yekunlaşdı - Prokuror Vidadi Zeynalova 14 il həbs cəzası istəyir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.
 
APA-ın məlumatına görə, hakim Əfqan Hacıyev sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək, V.Zeynalovun 14 il, B.Hüseynovun 15 il, A.Mustafayevin 8 il, Q.Bəybalayevin 10 il, E.Məmmədovla N.Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror təqsirləndirilən şəxslərdən M.Məmmədov, C.Cəfərov, S.Hümbətov, B.Vəliyev, və O.Rüstəmovun hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum edilmələrini istəyib. 

Prokuror xahiş edib ki, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dəymiş ziyanın ödənilməsinə yönləndirilsin və həmin əmlakların üzərindən həbs götürülməsin. 

Proses mayın 24-də davam edəcək.

Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

19 Avqust 2017
18 Avqust 2017
Bütün xəbərlər
Bütün xəbərlər