Ru
22:47 / 19 Mart 2018

Prezidentliyə namizədlərin çıxışları başladı - YENİLƏNİR

5104
Növbəti çıxışı Qüdrət Həsənquliyev edib. O, müxalifətçilərə irad bildirib. Q. Həsənquliyev Azərbaycanda hökumət üzərində ciddi müxalifət nəzarəti olmadığını deyib.


Prezident İlham Əliyevin nümayəndəsi Əli Əhmədov isə ölkədə aparılan işlərdən danışıb. Deyib ki, tədbirlər sayəsində Azərbaycanda 1,9 milyon iş yeri açılıb. 


Prezidentliyə digər namizəd Razi Nurullayev Vidadi İsgəndərliyə səslənib və ritorikasını dəyişməyi istəyib: "Çünki Azərbaycanda bu cür təhqir dolu danışıqlar vətəndaş müharibəsinə gətirib çıxarır”.


R. Nurullayevdən sonra Sərdar Cəlaloğlu çıxış edib. O, Q. Həsənquliyevin iradına cavab verib. Bildirib ki, müxalifət hökumətin ən xırda işlərinə belə nəzarə edir.

*** 22:38
Prezidentliyə namizəd Zahid Oruc ilk çıxışını edib. 


BakuPost xəbər verir ki, o, çıxışında siyasi qüvvələr arasındakı düşmənçilik münasibətlərindən danışıb. Z. Oruc bildirib ki, ölkədə siyasi qüvvələr arasında münasibətlər uzun illərdir ki, siyasi düşmənçilik üzərində qurulub. Bu məsələnin həlli kimi isə prezidentliyə namizəd müxalifət liderlərinə çağırış edib: "Buradan Lalə Şövkət, İsa Qəmbər və Etibar Məmmədova çağırış edirəm. Qoy onlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib sübut etsinlər ki, dövlət quran kişilərə hörmət edirlər”.

 

*** 22:06
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində namizəd olan 8 siyasətçinin bu gün saat 22:00-da İTV-də ilk debatı olacaq.​


BakuPost xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasında keçirilmiş püşkatmanın nəticələrinə əsasən, çıxışlar aşağıdakı ardıcıllıqla müəyyən olunub. 


1. Zahid Oruc 


2. Araz Əlizadə


3. Qüdrət Həsənquliyev


4. İlham Əliyev


5. Razi Nurullayev


6. Sərdar Cəlaloğlu


7. Fərəc Quliyev 


8. Hafiz Hacıyev


Qeyd edək ki, hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə debat təşkil olunacaq, həftədə 3 saat isə İctimai radioda debatlar keçiriləcək və saat 19:00-da başlayacaq.
Prezidentliyə namizədlərin çıxışları başladı -  YENİLƏNİR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər