Ru
14:17 / 16 İyul 2018

Prezidentlərin finala damğa vuran FOTOLARI

8139
Futbol üzrə dünya çempionatının finalından sonra ən çox müzakirə olunan məsələlərdən biri DÇ-nin qalibi Fransanın prezidenti Emanuel Makronla, çempionat boyu müzakirə obyekti olan Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçin emosiyaları və fotoları olub. 


BakuPost xəbər verir ki, prezidentlər Rusiya prezidenti Vladimir Putin və FİFA-nın rəhbəri Canni İnfantino ilə birlikdə lojada əyləşmişdilər. 


Fransanın qələbəsindən sonra prezidentlər bir-birini yanaqlarından öpüblər.


Oyunun ikinci hissəsini hər iki prezident demək olar ki, ayaq üstündə keçirib. Fransa prezidentinin xanımı Brijit Makron da ölkəsinin yığmasını dəstəkləmək üçün ayağa qalxıb.


Prezidentlər oyun boyu emosiyalarını gizlədə bilməyiblər, onların emosional hərəkətləri obyektivlərdən də yayınmayıb. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər