Ru
23:13 / 10 May 2018

İlham Əliyev ailəsi ilə təntənəli yubiley mərasimində - FOTO

3066
Mayın 10-da mərhum prezident Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.


BakuPost xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.


Dövlət başçısı mərasimdə nitq söyləyib.


Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qızıl çinar” beynəlxalq mükafatının 2018-ci il üzrə qalibləri elan olunub.


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin inkişafı və təbliği, Azərbaycan dirijorluq məktəbi ənənələrinin yüksək səviyyədə davam etdirilməsi istiqamətində göstərdiyi böyük xidmətlərə görə Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı, "Şöhrət”, "Şərəf” və "İstiqlal” ordenləri laureatı Rauf Abdullayevə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə görə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının "Dostluq” və "Şöhrət” ordenləri laureatı Mixail Qusmana və Azərbaycan kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə görkəmli kinorejissor və ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti, "Şöhrət” və "Şərəf” ordenləri laureatı Eldar Quliyevə "Qızıl Çinar” beynəlxalq mükafatını təqdim edib.


Mərasim konsert proqramı ilə davam edib.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər