Ru
18:06 / 24 Sentyabr 2018

Prezidentin yüksək vəzifə verdiyi xanım kimdir? - FOTO

6619
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Kənd təsərrüfatı nazirinə yeni müavin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamla İlhamə Qədimova İnam Kərimovun müayini təyin edilib.


BakuPost yeni nazir müavinin qısa dosyesini təqdim edir.


İlhamə Qədimova Bakı şəhərində anadan olub.


1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüququ üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb.


Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.


2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında Hüquqi təminat şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb. 


İnam Kərimovun Kənd təsərrüfatı naziri təyin edilməsindən sonra, 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışır.


Nigar

 

Картинки по запросу İlhamə Qədimova
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər