Prezidentin vəzifə verdiyi yeni icra başçısı kimdir?

4535
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Rövşən İbrahimov kollektivə bu gün təqdim edilib.

BakuPost xəbər verir ki, İcra hakimiyyətindən Axar.az-a verilən məlumata görə, icranın kollektivinə yeni başçının təqdimatı saat 12-də başlayıb. Tanışlıq tədbirində keçmiş icra başçısı Natiq Aslanovun müavinləri və köməkçisi də iştirak edib.

Qeyd edək ki, yeni təyin edilən Naftalan ŞİH başçısı R.İbrahimovun yaşı, təhsili və təcrübəsi ilə bağlı heç bir məlumat yoxdur.

R.İbrahimovla bağlı məlum olan yeganə fakt onun neftçi olmasıdır. O, 19 sentyabr 2014-ildə Azərbaycan neftçilərinin peşə bayramı və "Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə prezident sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.

Digər maraqlı məqam isə onun məşhur neftçi Hüseyn İbrahimovun oğlu olması ehtimalıdır.

1951-ci ildə Laçın rayonunun Ayıbasar kəndində anadan olan H.İbrahimov 1967-ci ildən Bakının neft hasil edən müəssisələrində çalışıb. Sovet neftçisidir. Qazaxıstan Respublikasının Karaqandin vilayətindən XI çağırış (1984-1989) SSRİ Ali Sovetinin Milli Şurasının deputatı seçilib.
XII çağırış (1989-1991) SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü olub.

Naftalan İH-dən Rövşən İbrahimovun Hüseyn İbrahimovun oğlu olub-olmadığını bilmədiklərini qeyd ediblər.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər