Ru
11:19 / 04 Aprel 2018

Prezidentin narazı qaldığı “Yanardağ”da vəziyyət indi necədir? - FOTOLAR

3576
Bir müddət Abşeron rayonuna səfər edən prezident İlham Əliyev "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda da olmuşdu. Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğundan şikayət etmişdi. Prezident bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlərin gəldiyini, buradakı şəraitin ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun olmadığını bildirmişdi.


Bundan başqa, İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq da vermişdi. Prezident dözülməz vəziyyətin qısa müddət ərzində aradan qaldırılmasını, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılmasını tapşırmışdı.


Bəs prezidentin tapşırığından sonra qoruqda vəziyyət dəyişibmi?


BakuPost Yanardağdan çəkilən ən son fotoları təqdim edir:

 



Qeyd edək ki, Yanardağ - Məhəmmədi kəndi ərazisində dağın ətəyində yerləşən, təbii qazın çıxması ilə hamını heyran edən və tarixi hələ də bəlli olmayan təbiət abidəsidir. Əvvəllər bu ərazidə 3 əlavə yanan təpə də olub. Sonradan zaman keçdikcə bu təpələr sönüb və bircə bu dağ qalıb. Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi - bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlib. Bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapıb ki, bu yanmaların da tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. 


Azərbaycan Respublikası Prezidentinin 02 may 2007-ci il tarixli sərəncamı ilə "Yanar dağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib.

 

FOTOLAR: Sona Nəsirli
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər