Prezidentin Latviyaya rəsmi səfəri başladı - FOTOLAR

İyulun 17-də Latviya Prezidentinin iqamətgahında – "Riqa” qəsrində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Azərtac xəbər verir ki, Latviya Prezidenti Raymonds Veyonis Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Raymonds Veyonisə təqdim olunub.

Prezidentlər rəsmi foto çəkdiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev "Riqa” qəsrinin "Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonra hədiyyələr təqdim edilib.
  




 
***
12:56

Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin təkbətək görüşü olub.

Azərtac xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Sentyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər