Ru
23:22 / 23 May 2018

Prezidentdən Bakı meriyası ilə bağlı SƏRƏNCAM

1801
Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

BakuPost-un məlumatına görə, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40 milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 
















































































Sıra №-si


Tədbirin adı


Ayrılan vəsait


Binəqədi rayonu


1


Binəqədi qəsəbəsində 179 saylı orta məktəb üçün 1416 şagird yerlik  yeni binanın inşası


4 377 000


2


Biləcəri qəsəbəsində 300 saylı orta məktəbin əsaslı təmiri və köhnə korpusunun sökülməsi


1 768 000


Qaradağ rayonu


3


Qobustan qəsəbəsində 223 nömrəli tam orta məktəbin əsaslı təmiri


3 858 000


Nərimanov rayonu


4


Humanitar fənlər gimnaziyasının əsaslı təmiri və bərpa-gücləndirilməsi


5 170 000


Sabunçu rayonu


5


Ramana qəsəbəsində 78 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi


3 084 000


6


Maştağa qəsəbəsində 187 saylı tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi


5 799 000


7


Zabrat qəsəbəsində 192 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi


3 600 000


8


Ramana qəsəbəsində 198 saylı orta məktəbin əsaslı təmiri və  bərpa-gücləndirilməsi


2 480 000


9


Nardaran qəsəbəsində 295 saylı tam orta məktəbin əsaslı təmiri


4 660 000


Suraxanı rayonu


10


Qaraçuxur qəsəbəsində Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpa-gücləndirilməsi


5 204 000


                                                                             Cəmi


40 000 000

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər