Ru
13:53 / 23 İyun 2017

Prezident xarici işlər nazirini qəbul etdi

376
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Kosta Rika Respublikasının xarici işlər naziri Manuel Qonsales Sansı qəbul edib.


Xarici işlər naziri Manuel Qonsales Sans Kosta Rika Respublikasının Prezidenti Luis Gilyermo Solisin salamlarını dövlətimizin başçısına çatdırdı. Bakıda keçirilən Formula-1 yarışının əlamətdar idman tədbiri olduğunu vurğulayan Manuel Qonsales Sans bu yarışın Azərbaycana çoxlu sayda turistlərin gəlməsi üçün yaxşı şərait yaratdığını bildirdi. Ölkəmizə axırıncı dəfə bir il bundan əvvəl səfər etdiyini vurğulayan qonaq ötən dövrdə Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu dedi.


Dövlətimizin başçısı Formula-1 yarışının önəmini vurğulayaraq bildirdi ki, müxtəlif ölkələrdən olan xeyli sayda turistlərin bu tədbirdə iştirakı onların Bakıda gedən inkişaf proseslərini öz gözləri ilə görmələrinə imkan verir və ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi işinə xidmət edir.


Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, iqtisadi, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, turizm və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Dövlətimizin başçısı Kosta Rika Respublikasının Prezidenti Luis Gilyermo Solisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kosta Rika Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər