Ru
10:26 / 20 Yanvar 2017

Prezident şəhidlər xiyabanında - FOTO

5568
Prezident İlham Əliyev Qanlı Yanvar faciəsində həlak
olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanında olub.

BakiPost.az xəbər verir ki, dövlət başçısı "Əbədi məşəl”
abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi
orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini
icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların
nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etmək üçün mərasimə qatılıblar.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində
Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.


Bakı Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər