Prezident seçkilərində nə qədər naxçıvanlı səs verəcək?

2365
Bu ilin 11 aprelində ölkəmizdə keçiriləcək prezident seçkilərində səsvermə hüququ olan Naxçıvan Muxtar Respublikası vətəndaşlarının sayı açıqlanıb.

BakuPost-un məlumatına görə, "Report" Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, muxtar respublikada seçicilərin ümumi sayı 262874 nəfərdir.

Onlardan 129484 nəfəri (49,3%) kişi, 133390 nəfəri isə (50,7%) qadındır. Muxtar respublikada 1368 nəfər bu ilki seçkilərdə ilk dəfə səs verəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri 125 seçki dairəsində keçiriləcək. Bu dairələrdən 7-si Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər