Türkiyədə növbədənkənar prezident seçkilərinin nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib.
BakuPost xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçki Kurulunun (YSK) sədri Sədi Güvən məlumat verib. Sədr bildirib ki, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib.
Nəticədə ölkənin 52.5 faizi Rəcəb Tayyib Ərdoğana etimad göstərib.