Ru
14:11 / 27 Fevral 2017

Qətər əmiri İlham Əliyevi qarşıladı - FOTOLAR/ YENİLƏNİB

1774

Qətərdə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əmir sarayında rəsmi qarşılanma mərasimi olub.


BakiPost.az xəbər verir ki, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.


Azərbaycan Respublikasının və Qətər Dövlətinin dövlət himnləri səslənib.


Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.


Prezident İlham Əliyev və Əmir Şeyx Təmim bin Həməd Al Tani fəxri qarovul dəstəsinin qarşısından keçiblər.


Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Əmir Şeyx Təmim bin Həməd Al Taniyə, Qətər Dövlətinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

 

 

***

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin geniş tərkibdə görüşü olub.

 

 

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin təkbətək görüşü olub.




 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər