Ru
13:02 / 24 İyun 2017

Prezident başsağlığı verdi

911
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib.


BakuPost.az xəbər verir ki, başsağlığında deyilir: "Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.


Biz dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.


Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.


Allah rəhmət eləsin!”


BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər