Ru
18:21 / 29 Aprel 2017

Prezident at yarışında birinci oldu

795
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmən atı şərəfinə təşkil olunan cıdır yarışının qalibi olub.


BakiPost.az AzərTAc-a istinadən xəbər verir ki, 1,2 kilometr məsafəyə at yarışında prezidentdən başqa ölkənin 5 vilayətindən və Aşqabad şəhərindən daha 6 təcrübəli çapar iştirak edib.


Nəticədə Türkmənistan lideri məsafəni 1 dəqiqə 25 saniyəyə qət edərək qələbə qazanıb və yarışın mükafatına – "Toyota Land Cruiser Prado” avtomobilinə layiq görülüb. Sonradan dövlət başçısı atçıların ehtiyaclarını nəzərə alaraq avtomobilin açarını kənd təsərrüfatı məsələləri üzrə vitse-prezident Esenmurad Orazgeldıyevə təhvil verib.


İppodromun direktoru bildirib ki, prezidentin Miras adlı axaltəki atını dövlət başçısının nəvəsi Kərimqulu Berdiməhəmmədov bəsləyib və yarışa hazırlayıb.

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər