“Polojeniya Anar”a hökm oxundu

2001
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BakuPost-un APA-ya istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Məhərrəmov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, A. Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən gecə klubunda Kamran Hüseynov adlı şəxsin onunla birlikdə olan qıza sataşdığını əsas gətirərək, sonuncunu döyüb. A. Məhərrəmov K. Hüseynova yumruq və təpik zərbələri vurub. K. Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

A. Məhərrəmovun üzərinə baxış zamanı narkotik vasitə aşkar edilərək, götürülüb.

A. Məhərrəmov kriminal aləmdə "Polojeniya Anar" kimi tanınıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər