Ru
11:26 / 27 İyul 2017

FHN əməkdaşları boğulan polkovnik və 2 adama yardımdan imtina edib?/ Açıqlama/ VİDEO/ YENİLƏNİB

2662
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iyulun 23-də Pirşağı çimərliyində boğulan 3 şəxsə yardım etməkdən imtina ediblər.


BakuPost.az xəbər verir ki, bu barədə avtosfer.az saytı məlumat yayıb. Saytın yazdığına görə, çimərlikdə istirahət edənlər suda boğulan şəxsləri gördükdə FHN-nin xilasedicilərini çağırıblar. Onlar gələnə kimi həmin ərazidəki istirahət edən şəxslərlə birləşib boğulanlardan birini xilas ediblər. Xilasedicilər gəldikdən sonra isə suda boğulan şəxsləri xilas etməyəcəklərini və həmin ərazidəki qayığın yararsız vəziyyətdə olduğunu bildiriblər. Suda qalan digər iki nəfərdən biri gözdən itib, o birinin isə təqdim olunan videoda boğulan vəziyyətdə başı görünür. 


Çimərlikdəki şəxslərin verdiyi məlumata görə, xilas edilməyən digər iki şəxsin birini ləpələr sahilə tərəf çıxarıb və huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Digər şəxs isə gecə saat 1-də özü xilas olub. Xilas olanlardan birinin polkovnik olduğu iddia edilir.

 

*** 13:05
Fövqəladə Hallar Nazirliyi Pirşağı qəsəbəsində 3 nəfərin boğulma hadisəsi zamanı nazirliyin xilasedicilərinin köməkdən imtina etməsiylə bağlı məlumatlara aydınlıq gətirib.


Qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov BakuPost.az-a açıqlamasında bildirib ki, belə bir şeyin olması mümkün deyil: "FHN-in 41 xilasetmə məntəqəsi fəaliyyət göstərir. 4-ü Kür çayı sahilində, qalanları Lənkərandan Bakıya Xəzər dənizinin sahilindədir. Həmçinin Bulvar ərazisində də var. Eyni zamanda bizim kiçik həcmli gəmilərə nəzarət və Dövlət Xilasetmə Xidməti var. Bu xidmətin Dalğıc Xilasetmə şöbəsi  var. Onlar da nəzarətsiz yerlərdə batan insanları xilasetmə əməliyyatlar aparırlar.


Amma ondan başqa qeyri-çimərliklər, Kür çayı, Xəzər dənizinin nəzarətsiz hissələrində boğulma barədə hər hansı bir müraciət daxil olarsa, işçilər dərhal gəlir, xilasetmə əməlliyatına başlayırlar. 


Əməkdaşlarımızın hansısa xilasetmə əməliyyatından imtina etməsi barədə məlumat düzgün deyil”. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər