Ru
13:34 / 23 Yanvar 2017

- Oğlunun cinayətkar olduğunu eşidən ana öldü Polislər səhv evə basqın etdi

1135

Antalyada polislərin səhvi bədbəxt hadisə ilə nəticələnib.


BakiPost.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,
hadisə dünən yerli vaxtla 12:30-da baş verib. Belə ki, Antalya Polis Şöbəsinin
Cinayət axtarış idarəsinin 2 əməkdaşı haqqında cinayət işi açılan şəxsi
saxlamaq məqsədilə bir evə basqın edib.


Onlar Həmidə Yücəl adlı qadının evinə girib.
İddialara görə, polis əməkdaşlarından biri evinin qarşısında dostları ilə
birlikdə outran Əli Yüceli saxlamaq üçün silah çıxarıb. Səsə çölə çıxan Həmidə
Yücəl oğlunun cinayət işi üzrə saxlanıldığını eşidəndə halı dəyişib və yerə
yıxılıb.


Digər polis əməkdaşı təcili yardıma zəng etdiyi
vaxt, həmkarı əlindəki sənədlərə baxarkən axtardıqları şəxsin Əli Yücel
olmadığın görüb.

Anasının ürəyində problem olduğunu bildirən Ə. Yücel
təcili yardım gələnə kimi ona ürək masajı edib. Lakin onun həyatını xilas edə
bilməyib.


Bakı Post

- Oğlunun cinayətkar olduğunu eşidən ana öldü Polislər səhv evə basqın etdi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər