Polislər gücləndirilmiş iş rejimində işləyəcək - Ramil Usubov əmr imzaladı

626
Respublikanın daxili işlər orqanları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

Daxili İşlər Nazirliyindən BakuPost-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədilə əmr imzalayıb.

Əmrə əsasən, avqustun 22-dən 24-dək ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri, habelə xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi gücləndiriləcək.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər