Ru
20:09 / 27 Mart 2017

Polisin xidməti avtomobilini zədələyən şəxs saxlanıldı - FOTO

602
Göygöldə polisin xidməti avtomobilini zədələyən şəxs saxlanılıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yanvarın 17-də Göygöl Rayon Polis Şöbəsinin "Fiat Doblo" markalı xidməti avtomobilini zədələyən Şəmkir sakini, 49 yaşlı Talıb Bayramov saxlanılıb.

 

O, toy məclisində olan zaman bacısı Məhsəti İbrahimovanın avtomobillə vurulması xəbərini eşidib və sərxoş halda məclisi tərk edərək polis avtomobilinə hücum çəkib. Bir müddət yaşadığı Şəmkirin Qılıncbəyli kəndindən ayrı düşən T. Bayramov müxtəlif ünvanlarda qalıb. Göygöl Rayon Polis şöbəsinin əməkdaşları onu Abşeron rayonu Masazır qəsəbəsində saxlamağa müvəffəq olub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb. İstintaq aparılır.  

 

Bakı Post

 


 

Polisin xidməti avtomobilini zədələyən şəxs saxlanıldı -  FOTO
Polisin xidməti avtomobilini zədələyən şəxs saxlanıldı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər