Ru
14:00 / 27 Mart 2017

Polis Şöbəsində daha bir ölüm - DİN-dən açıqlama/ YENİLƏNİB

1527

Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsində baş verən ölüm hadisəsinə münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Goranboy rayonunun Şəfibəyli kənd sakini Qafur Talıbovun şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev izahat verərkən səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq, dünyasını dəyişib.

 

Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

*** 12:20

 
Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.


APA-nın məlumatına görə, rayon sakini 1977-ci il təvəllüdlü Rəşad Qarayev şöbədə izahat verən zaman anidən özünü pis hiss edərək yıxılıb.

 

Ona təcili tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin ehtimala görə, R. Qarayev ürək tutmasından dünyasını dəyişib.

 

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Bakı Post
Polis Şöbəsində daha bir ölüm -  DİN-dən açıqlama/ YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər