Polis reyd keçirdi - Sərxoş sürücülər cərimələndi

835
Bərdədə Yol Patrul Xidməti alayı və Bərdə rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən birgə reyd keçirilib.

BakuPost report-a istinadən xəbər verir ki, rayonun müxtəlif küçələrində təşkil olunan reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılaraq inzibati qaydada cərimələnib. Həmçinin sürücülərin sərxoş olub-olmadığı da yoxlanılıb.

Rayonun müxtəlif ərazilərində aparılan yoxlamalar zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də avtomobilin konstruksiyasına dəyişikliklər edən xeyli sayda sürücü aşkarlanıb. Reyd zamanı sürücülük hüququ olmayan, həmçinin nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma və digər qayda pozuntuları da aşkar edilib.

Reyd zamanı sürücülük hüququ olmayan, nəqliyyat vasitələrinə əlavə qurğular quraşdırmış sərxoş sürücülər aşkar edilib və barələrində inzibati tədbir görülərək avtomobilləri cərimə meydançasına aparılıb.

Reydin keçirilməsində əsas məqsəd bayram günlərində avtomobil yollarında təhlükəsiz hərəkəti təmin etmək, yol hərəkəti qaydalarını pozan sürücüləri aşkarlamaq, onların yarada biləcəyi təhlükənin qarşısını almaqdır.

Reyd zamanı ümumilikdə 30-dan çox yol hərəkəti qaydasının pozulması faktı aşkarlanıb.

Qeyd edək ki, reydlərin qarşıdakı günlərdə də keçirilməsi planlaşdırılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər