Ru
16:13 / 28 Fevral 2017

Prezidentdən Müşfiqin abidəsi ilə bağlı ciddi GÖSTƏRİŞ

6484
"Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlətimizin başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib".

 

BakiPost.az xəbər verir ki, bu sözləri Azərtac-a Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. 


Əli Həsənov bildirib ki, cənab İlham Əliyevin prezidentliyi dövründə onlarla tarixi və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa olunub, Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov və digər tanınmış şəxsiyyətlərinə abidələr ucaldılıb. Cənab Prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir və bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalanacaqlar.

 


Qeyd edək ki, dünən Mikayıl Müşfiqin "Sovetski dairəsi" yaxınlığındakı parkda yerləşən büstü götürülüb. Büstün "Azəravtoyol” ASC tərəfindən götürüldüyü məlum olub. "Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”ndən bildiriblər ki, "Azəravtoyol” məsələ ilə bağlı onlarla razılaşdırma aparmayıb.

 

"Azəravtoyol” ASC-dən isə bildirilib ki, büstün dağıdılması haqqında yazılanlar həqiqətə uyğun deyil. Qeyd olunub ki, keçmiş Sovetski küçəsində yenidənqurma və genişləndirmə işləri aparıldığından büst müvəqqəti olaraq götürülüb, təmir işləri başa çatandan sonra yenidən yerinə qaytarılacaq. Bundan əlavə o da bildirilib ki, həmin ərazidə geniş park salınır və Mikayıl Müşfiqin büstü həmin parkda ucaldılacaq.


Bakı Post
Prezidentdən Müşfiqin abidəsi ilə bağlı ciddi  GÖSTƏRİŞ
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər