Ru
16:35 / 29 Mart 2017

Petrosyanın “torpaqlar qaytarılmalıdır” açıqlaması haqda - Politoloq rəyi

1269
Xəbər verdiyimiz kimi, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan "Kentron” televiziyasında çıxışı zamanı bildirib ki, hazırda konflikt tərəflərinin üzərində danışıqlar apardıqları sənəd əsasında Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır.


O qeyd edib ki, əgər biz bunu etməsək, o zaman nə vaxtsa bu torpaqları bizdən sanksiyalar yolu ilə geri alacaqlar: "Dövlət gərək bunun üçün cəmiyyəti hazırlasın. Əgər Serj Sarkisyan bu yolla getsə, mən son ana qədər onun yanında olacağam”. 


Politoloq Elxan Şahinoğlu Levon Ter-Petrosyanın açıqlamasını BakiPost.az-a şərh edərək bildirib ki, Ermənistanın eks-prezidenti reallığı dərk edir: "O bilir ki, indiki vəziyyət Ermənistanı uçuruma aparır, Ermənistan gəncləri onlara aid olmayan torpaqlarda ölürlər və belərinin sayı getdikcə artır. Üstəgəl Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyi bu ölkəni mümkün inkişaf perspektivindən də məhrum edir. Ona görə də Levon Ter-Petrosyan "mərhələli həll” planını dəstəkləyir, yəni birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılmasını vacib bilir. Təəssüf ki, Ermənistanın indiki prezidenti bu reallığı qəbul etmir və Levon Ter-Petrosyanı eşitmir”. 


Politoloq vurğulayıb ki, Levon Ter-Petrosyanın təklifi qəbul edilsə, bu həm münaqişənin həllini sürətləndirəcək, həm də Ermənistan üçün çox vacib olan Azərbaycan və Türkiyə ilə münasibətlərin tədricən nizamlanmasına yol açacaq.


Sevinc Yasinqızı

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər