Pensiyaçılar “ASAN Xidmət”ə cəlb olundu - FOTOLAR

1202
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun tərkib hissəsi kimi "Yaşlı könüllülər” layihəsinə başlanılıb.

BakuPost xəbər verir ki, nazirliyin pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan pensiyaçıların bir qismi layihə çərçivəsində "ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunublar.  Belə ki, onlar 1 ay ərzində "Könüllülüyün yaşı yoxdur” şüarı altında uşaqlar üçün ayrılmış oyun guşəsində uşaqların qeydiyyatının aparılması və onlara nəzarətin həyata keçirilməsi, vətəndaş axınının idarə olunması, müraciətlərin müvafiq bölmələrə yönləndirilməsi, vətəndaşlardan xidmətlərlə bağlı rəy sorğularının götürülməsində və s. işlərdə yardımçı olacaqlar.

Layihənin məqsədi ASAN Könüllülük Məktəbi vasitəsi ilə yaşlıları fəal yaşlılığa,  təcrübə mübadiləsinə cəlb etmək, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətdə aktiv rol oynamağa dəvət etmək, onlara sosial inteqrasiya və yeni insanlarla tanış olmaq imkanı yaratmaqdır.

Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

ASAN Xidmət adlı şəxsin şəkli.
ASAN Xidmət adlı şəxsin şəkli.
ASAN Xidmət adlı şəxsin şəkli.
ASAN Xidmət adlı şəxsin şəkli.
ASAN Xidmət adlı şəxsin şəkli.
ASAN Xidmət adlı şəxsin şəkli.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər