Pekin aeroportunda 268 reysi təxirə salındı

Pekinin "Şoudu" beynəlxalq aeroportu 268 reysi təxirə salıb.
 
Trend-in məlumatına görə, bu qərar ölkədə hökm sürən güclü qasırğa səbəbi ilə qəbul olunub.

Səhər saatlarına planlaşdırılmış 598 reysdən cəmi 248-i həyata keçirilib. Təxirə salınan reyslərin daha çox daxili reyslər olduğu bildirilir.

Qeyd edək ki, ölkə ərazisində hökm sürən güclü qasırğa 5 nəfərin də həyatına son qoyub. Qasırğanın bir çox rayonlara ciddi ziyan vurduğu, fərdi evlərin dağıldığı da bildirilir.
 
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

16 Dekabr 2017
15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər