Ru
14:52 / 22 Fevral 2017

Paytaxtda 2 ev yandı

1033
Bakıda bu gün 2 evdə yanğın olub.


Fövqəladə Hallar Nazirliyindən BakiPost.az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m2 sahədə, 1 ədəd soyuducu və televizor yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Digər yanğın hadisəsi isə Bakı şəhəri, Sabunçu rayonunda qeydə alınıb. Rayonda vətəndaşa məxsus ümumi sahəsi 136 m2 olan birmərtəbəli 4 otaqlı evin 3 otağının, mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə və dam örtüyü 55 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 11:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər