Ru
12:28 / 27 İyul 2017

Partlayış olan fabrik deputatındır

2974
Lerikin Piran kəndində partlayış baş vermiş broyler fabriki deputat İqbal Məmmədova məxsusdur.


BakuPost.az xəbər verir ki, fabrik "Lerik Broyler" MMC ("Lebro") adı ilə fəaliyyət göstərir. Məlumata görə, fabrik deputatın atası Nəriman Məmmədov, qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunur. Əsas idarəçilərdən biri isə deputatın qardaşı oğlu Orxan Məmmədovdur.


Kənd sakinlərinin sözlərinə görə, əslində bu quşçuluq fabriki Lerikin başqa ərazisində tikilməli imiş. Amma İqbal Məmmədov hansısa səbəbdən onun Piran kəndində tikilməsinə qərar verib. Ttikintidən əvvəl millət vəkili sakinlərə burada şirə sexininin inşa olunacağı bildirib. Amma sonradan quşçuluq fabriki tikilib.


"Lerik Broyler" MMC-nin ətrafında 40 evin yerləşdiyini bildirilir.

 

Məsələ ilə bağlı İqbal Məmmədov və qardaşı oğlu Orxan Məmmədovla əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər