Ru
17:26 / 04 Fevral 2018

Partlamamış hərbi sursatlar tapıldı - FOTO

1597
Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.


ANAMA-dan BakuPost-a verilən məlumata görə, fevralın 4-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 9 ədəd partlamamış hərbi sursat (PHS), 62 ədəd partlamış-yanmış mərmi qalıqları və 103 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 375 000 kv.m (37.5 ha) ərazi yoxlanılıb.


Ümumiyyətlə, 126 gün ərzində 25 762 ədəd partlamamış hərbi sursat (PHS), 19 827 ədəd partlamış-yanmış sursat qalıqları və 104 385 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 97 589 706 kv.m (9 759 ha) ərazi yoxlanılıb.


Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Partlamamış hərbi sursatlar tapıldı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər