Ru
22:36 / 28 Mart 2017

Maşını parkomatda saxladı - 20 dəqiqə sonra cərimə meydançasına apardılar

1239
Bakıda bəzi ərazilərə quraşdırılan parkomatlar, yaxud da parkomatların düzgün quraşdırılmaması yol polisləri ilə sürücüləri üz üzə qoyur. Parkomat olan ərazidə maşını saxlayan bir nəfərin başına gələnlər belə deməyə əsas verir. Çünki parkomat ərazisindəki avtomobil evakuatorla cərimə meydançasına aparılıb. Bəs buna nə səbəb olub?


BakiPost.az XəzərXeber.az-a istinadən bu mövzuda hazırlanan süjeti təqdim edir:


Avtomobilini qanuni parklama yerində saxlayan sürücü 20 dəqiqə sonra yerində olmadığını görüb. Hadisə Yusif Xəlilovun başına gəlib. Paytaxtın Səməd Vurğun küçəsində parkomat olan ərazidə saxladığı avtomobili cərimə meydançasına aparılıb.


Yusif Xəlilov cəriməsini ödəyərək maşını geri götürüb. Amma o bilmək istəyir ki, qanunla icazə verilən ərazidən avtomobil niyə götürülməlidir. Sürücüylə birgə cərimə meydançasına yollansaq da, ordan məsələyə münasibət bildirmək istəmədilər.


Bakı Şəhər Yol Polisi İdarəsindən məsləyə açıqlama gətirdilər. Bildirildi ki, avtomobil yolun kəsişmə hissəsinə yaxın məsafədə saxlanıldığı üçün ərazidən götürülüb. Avtomobilin parklanmaya icazə verən göy xəttin daxilində dayandığına gəlincə isə...


Yol polisi idarəsinin sözçüsü Vaqif Əsədov deyir ki, bir neçə yerdə parkomatların yolun kəsişən hissəsində qurulmasına və xətlərin düzgün çəkilməməsinə rast gəlinib və problem aradan qaldırılıb. Bu əraziyə də yenidən baxış keçirilməsi üçün aidiyyatı qurumlara müraciət ediləcək.

 

Bakı Post


 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər