Ru
11:27 / 28 Mart 2017

Parisdə gərginlik - VİDEO

1245
Polislərin 56 yaşlı Li Şayonu öldürməsindən sonra Parisdə hüquq-mühafizə orqanının əməkdaşları ilə qarşıdurmalar başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər ki, qarşıdurmalar nəticəsində üç polis əməkdaşı yaralanıb.


Qarşıdurmalara səbəb martın 27-də baş verən hadisə olub. Belə ki, məişət zəmnində mübahisə ilə bağlı məlumat yoxlamaq üçün mənzillərdən birinə gələn iki polis qayçı ilə onlara tərəf şığıyan kişini güllələyib.

 

Mərhumun qızı atasının insanlara hücum edə bilməyəcəyini deyib. "Le Figaro" nəşrinin məlumatına görə, ailə üzvləri Şayonun mətbəx qayçısı ilə balıq kəsdiyini, bu vaxt qapının zəngi çalındığını və onun avtomatik olaraq qapıya əlində qayçı ilə çıxdığını iddia edir. Ailə vəkilinin sözlərinə görə, polislər səlahiyyətlərini aşıb.


Mərhumun xatirəsini yad etmək üçün onlarla insan toplaşıb. Parisin 19-cu rayonundakı polis məntəqəsi qarşısında dinc nümayiş kütləvi toqquşmaya çevrilib. Nəticədə naməlum şəxslər polis avtomobilinin şüşəsini qırıb və onu yandırmağa cəhd göstərib. Polis kütləni dağıtmağa, etirazçılar isə polislərə butulka və daş atmağa başlayıb.

Üç nümayişçi həbs edilib.


Video Player




 




00:00


02:10





 







 


Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər