Ru
12:09 / 09 Dekabr 2016

Papa jurnalistləri təhqir etdi: “Onlar koprofiliya xəstəliyinə tutulub”

937
Roma papası Amerikada prezident seçkiləri ərəfəsində yaqqında yayılan məlumatlara sərt reaksiya verib.

 

BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlərə müsahibə verən Papa Frankis ABŞ-dakı seçkilərdə namizədlərin birinə dəstək verməsiylə bağlı məlumatların tirajlanmasından narahatlığını dilə gətirib: "Medianın hər kəsə açıq olması və çox vaxt yalan xəbərlər yayması qəbul edilməzdir. Mən yalan xəbər yayanların Koprofiliya xəstəliyinə (nəcis yemə- red.) tutulduğunu düşünürəm”.  


O, saxta xəbərlər yayanların böyük günaha batdığını qeyd edib: "Heç kimin bunu etməyə haqqı yoxdur".


 Qeyd edək ki, 8 noyabrda Amerikada keçirilən prezident seçkiləri zamanı Papanın Trampı dəstəklədiyi və bunun üçün ruhanilər arasında irimiqyaslı təbliğat apardığı haqqında ABŞ mətbuatında xəbərlər yazılmışdı.


Nərmin

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər