Ru
15:27 / 24 Aprel 2018

PA rəhbəri Fuad Muradovu kollektivə təqdim etdi

2925
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Komitənin kollektivinə təqdim olunub. 


BakuPost "Report"-a itinadən xəbər verir ki, F.Muradovu kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.


Qeyd edək ki, aprelin 23-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.


Xatırladaq ki, F.Muradov bu təyinatadək Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində işləyib. Bundan əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov idi. 




PA rəhbəri Fuad Muradovu kollektivə təqdim etdi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər