Ru
22:16 / 21 İyul 2018

Oxuduğu məktəbin 700 bal toplayan İLK MƏZUNU

5140
"700 bal topladığımı biləndə inanmadım”.


BakuPost xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Bakı şəhəri 6 nömrəli məktəb-liseyinin məzunu Nərmin Əhədova bildirib.


Onun sözlərinə görə, bundan əvvəlki qəbul imtahanında 657 bal toplayıb:


"700 bal toplayacağımı gözləmirdim. Çox sevindim.Bakalavr təhsilimi Azərbaycan Tibb Universitetində alacam. Daha sonra təhsilimi Almaniyada davam etdirmək istəyirəm”.


Nərmin Əhədova qeyd edib ki, oxuduğu məktəbin tarixində ilk 700 bal toplayan məzun olub.


Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini elan edib. 15 nəfər 700 bal toplayıb.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər