Ru
13:52 / 23 May 2018

Oğuzda silahlı şəxslər tutuldu

1538
Oğuz rayonunda silahlı şəxslər saxlanılıb.


DİN-in mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinə 2 nəfər silahlı şəxsin meşəyə tərəf getdiyi barədə məlumat daxil olub. Dərhal görülmüş tədbirlərlə həmin şəxslər Ərmənət kəndi ərazisində polis və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.


Araşdırmalarla onların həmin kənd sakinləri Səbuhi Həkimov və Müşfiq Dadaşov olduqları müəyyən edilib. S.Həkimovdan İJ” markalı ov tüfəngi və 5 ədəd patron, M.Dadaşovdan isə "Tula” markalı ov tüfəngi və 15 ədəd patron götürülüb.


Oğuz RPŞ-də araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər