Ru
13:15 / 19 May 2018

Oğurluq edən şəxslər tutuldu

2777
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Hacıyeva ötən ilin avqust ayından cari il may ayının 17-dək olan müddətdə Bakıxanov qəsəbəsində yaşadığı binanın zirzəmisindəki saxlanc yerindən qardaşına məxsus rezin qayıq, 2 ədəd dalğıc geyimi 3 ədəd qundağlı oxatanın oğurlandığını bildirib.


DİN-dən BakuPost-a verilən xəbərə görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək "isti izlər”lə saxlanılıblar.


Araşdırmalarla onların Bakı şəhər sakinləri Rəşad Həsənov və Pərvin Nəsibov olduqları, oğurladıqları ləvazimatları ovçular dükanına satdıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən qeyd olunan ləvazimatlar maddi sübut kimi götürülüb. ​Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər