“Ortada heç bir fakt yoxdur” - Həmkarından Seyidova qarşı sanksiya qərarına reaksiya

1708
"Səməd Seyidovun adının korrupsiyada hallandırılmasının heç bir əsası yoxdur”.

Bu sözləri BakuPost-a açıqlamasında millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü Fazil Mustafa deyib. O, Avropa Şurası parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiyalar tətbiq edilməsinin siyasi təzyiq vasitəsi olduğunu hesab edir: "Bu, o qədər ədalətsiz, o qədər haqsız qərardır ki… Açıq-aşkar Səməd Seyidovla əlaqəsi olmayan məsələdir. Çünki Səməd Seyidovun adının korrupsiyada hallandırılmasının heç bir əsası yoxdur. Faktoloji heç bir məsələ ortaya qoyula bilmir. Bu, sadəcə Azərbaycanın adına, Azərbaycan nümayəndə heyətinə təzyiq göstərmək üçün seçilən üslubdur ki, gələcəkdə Azərbaycanın mövqeyi orada zəifləsin. Ona görə də bunu qurum tərəfindən edilən biabırçı, bədnam hərəkət kimi qiymətləndirə bilərik. Siyasiləşmiş qərarlardan biridir. Avropa Şurası öz mahiyyətini ortaya qoyur və müəyyən qüvvələrin əlində alət olduğunu göstərir”.

F. Mustafa qeyd edib ki, buna baxmayaraq Azərbaycan Avropa Şurasında fəaliyyətinə davam edəcək: "Mübarizəmizi aparacağıq. Səməd müəllim də Azərbaycanda bu sahədə ən təcrübəli insan kimi yenə də dövlətimiz üçün öz çalışmalarını həyata keçirəcək. Çox güman ki, bunun elə də təsiri olmayacaq. Ciddi əsası olmadığına görə hansısa qərarın təsiredici gücü də ola bilməz”.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Onların arasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov da var.

Nigar

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər